Trampın beynəlxalq gündəmində bir nömrəli prioritet nədir?

Trampın beynəlxalq gündəmində bir nömrəli prioritet nədir?
24 Dek 2024 10:30

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada davamlı və ədalətli sülhə nail olmaq istəyir. 

Bunu Amerikanın yeni liderinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Fox Business telekanalının efirində deyib.

“O, Ukraynada ədalətli, davamlı və təhlükəsiz sülh istəyir,” deyən Kelloqun sözlərinə görə, “bölgəyə sülh gətirmək istəyi Trampın beynəlxalq gündəmində bir nömrəli prioritetdir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada