Trampdan rüsumlarla bağlı yeni Fərman - Siyahı

Trampdan rüsumlarla bağlı yeni Fərman - Siyahı
01 Avq 2025 10:19

ABŞ Prezidenti Donald Tramp 60-dan çox ölkə və Avropa İttifaqını əhatə edən yeni gömrük tarifləri ilə bağlı Fərman imzalayıb.

News365.az xəbər verir ki, sənədi Ağ Ev yayıb. 

Ən yüksək rüsumlar Suriya (41%), Myanma (40%), Laos (40%), İsveçrə (39%), Serbiya (35%) və İraq (35%) kimi ölkələrə təyin edilib. 

Yeni tariflər avqustun 7-də qüvvəyə minəcək.

Fərmana əsasən, siyahıda olmayan ölkələrə 10% həcmində “baza səviyyəsində” rüsumlar tətbiq ediləcək.

Onu da qeyd edək ki, Azərbaycan sözügedən siyahıda yer almayıb.

Bununla yanaşı, Tramp ayrı bir Fərmanla Kanadaya qarşı gömrük rüsumlarını 25 faizdən 35 faizə artırıb.





Sizin reklam burada
Sizin reklam burada