ABŞ Prezidenti Donald Trump bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski sülh prosesində fəal iştirak etməli, əks halda Rusiyanın təklif etdiyi fürsəti itirə bilər.
News365.az xəbər verir ki, məlumatı “Bloomberg” yayıb.
Trampın sözlərinə görə, Rusiyanın vəziyyətin nizamlanmasına marağı var və Zelenski prosesə başlamağa hazır olmalıdır. Əks halda, Ukrayna üçün əla fürsət itirilə bilər.
Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqların növbəti mərhələsi fevralın 17–18-də baş tutacaq.