Mingəçevir şəhərində 57 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.
News365.az-ın məlumatına görə, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Şahlar Məmişov bu gün səhər saatlarında şəhərin Şah İsmayıl Xətai küçəsində özünü pis hiss edib.
O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ş.Məmişov xəstəxanada dünyasını dəyişib.
İlkin məlumata görə, o, infarktdan həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.