Ağcabədidə qanunazid toy: Bələdiyyə sədrinin bacısı uşaqları evləndilər

Ağcabədidə qanunazid toy: Bələdiyyə sədrinin bacısı uşaqları evləndilər
14:42

Azərbaycanda qohum evliliyi hadisəsi baş verib.

News365.az "Unikal"a istinadən xəbər verir ki, Ağcabədi rayonu Avşar kəndində iki bacının övladları (xalaoğlu - xalaqızı) evlənib.

Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi mart ayının 27-də olub.

Məlumata görə, evlənən cütlük Ağcabədi rayonu, Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır.

Bələdiyyəsi sədri cütlüyün yaxın qohum olduqlarını gizlətməyə çalışaraq, valideynlərinin xalaqızı-xalaoğlu olduğunu iddia edib:

"Xəstə uşaqdır. Hazırda danışa bilmirəm, yasım var. Özləri ilə danışın".


Sizin reklam burada
Sizin reklam burada