ABŞ və İsrail İrandakı tarixi abidələri və tarixi yerləri məhv etməyi dayandırmalıdır.
News365.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq İranda UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi yerlərin dağıdılması haqda danışarkən deyib.
“Təkid edirik ki, müharibə edən tərəflər, xüsusən də ABŞ və İsrail hərbi əməliyyatları dərhal və tamamilə dayandırsın. Çin bu münaqişə zamanı tarixi yerlərin dağıdılmasından dərin kədər hissi keçirir. Hərbi əməliyyatları dərhal dayandırmaq, mümkün qədər tez dialoqa və danışıqlara başlamaq, eləcə də bu müharibəyə mümkün qədər tez son qoymaq lazımdır”, - o bildirib.