Tramp: "Mən tamamilə günahsızam"

Tramp: "Mən tamamilə günahsızam"
09:43

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən mərasimdən sonra jurnalistlərin cari hadisələrlə bağlı suallarını cavablandırıb.

News365.az xəbər verir ki, o, Epsteinlə bağlı günahsız olduğunu iddia edib:

“Sonda mənim günahsız, tamamilə günahsız olduğum sübut edildi. Bütün bunlara baxmayaraq, minlərlə, milyonlarla səhifəlik sənəd mənə qarşı heç bir şey tapmadı”.

Tramp bildirib ki, indi Epşteyn işini geridə qoyub milli məsələlərə diqqət yetirməlidirlər və əlavə edib:

“Epşteynlə sıx əlaqəli olan bir çox Demokrat var. Amma sizə dürüst olacağam, ölkəni yenidən idarə etməyə başlamalıyıq. Ceffri Epşteyn sağ ikən heç kim onunla maraqlanmırdı, amma o öldükdən sonra qayğı göstərməyə başladılar. Amma bu, əslində Demokratlar üçün problemdir, Respublikaçılar üçün yox. Respublikaçılar üçün yeganə məsələ geri qayıdıb ölkəmizi idarə etməyimizdir”.


Sizin reklam burada
Sizin reklam burada