Tramp köməkçiləri ilə Kiyevə yardımın kəsilməsini müzakirə edir

Tramp köməkçiləri ilə Kiyevə yardımın kəsilməsini müzakirə edir
06 İyn 2025 12:40

ABŞ prezidenti Donald Tramp Kiyevin Rusiya hərbi obyektlərinə zərbələr endirmək qərarından narazıdır. Ağ Ev Kiyev rejiminə yardımı dayandırmaq imkanlarını nəzərdən keçirir. Rg.ru-nun yaydığı məlumata görə, bu barədə “The Atlantic” jurnalı yazıb. Nəşr mənbələrinə istinad edib.

Mənbələrin məlumatına görə, Tramp narazılığını bildirib, çünki Kiyev rəsmilərinin davranışları münaqişənin gərginləşməsinə səbəb ola bilər. Bundan əlavə, Kiyev rejiminin zərbələri ABŞ prezidentinin Vladimir Zelenskidən çoxdankı narazılığını yenidən oyadıb və “ABŞ-nin Ukraynanı tək qoyub-qoymayacağı ilə bağlı Ağ Evdə yeni müzakirələrə səbəb olub.

Xatırladaq ki, iyunun 1-də Ukrayna kod adı "Pautina" olan genişmiqyaslı əməliyyat keçirib. Bu əməliyyat zamanı Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edilib.

Bu, münaqişə zamanı Sibirə ilk hücum olub. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) təşkil edib və əməliyyat il yarımdan çox müddətə hazırlanıb. Əməliyyatda 117 FPV pilotsuz uçan aparatından istifadə edilib. Onlar gizli şəkildə Rusiya ərazisinə gətirilib və yardımçı tikililərdə- mobil sığınacaqlara yerləşdirilib. Pilotsuz təyyarələr uzaqdan işə salınaraq strateji hədəfləri, o cümlədən Tu-95 bombardmançıları və A-50 təyyarələrini vurub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada