Tramp AÇIQLADI: Respublikaçı Kirk ÖLDÜRÜLÜB

Tramp AÇIQLADI: Respublikaçı Kirk ÖLDÜRÜLÜB
10:41

News365.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp respublikaçı siyasətçi və tanınmış mühafizəkar fəal Çarli Kirkin ölümünü təsdiqləyib.

Prezident açıqlamasında bildirib ki, Kirk silahlı hücumdan sonra dünyasını dəyişib və onun gənc yaşında faciəvi şəkildə həyatını itirməsi Amerika üçün böyük itki sayılmalıdır.

FACİƏNİN XRONİKASI:

• 10 sentyabr 2025 – Yuta ştatının Orem şəhərində yerləşən Utah Valley Universitetində “American Comeback Tour” tədbiri keçirilərkən Çarli Kirk boynundan güllə yarası alıb. Hadisə canlı yayımda baş verib və bütün ölkə anbaan şahidi olub.

• Hücum anı – Silah səsləri eşidildiyi zaman Kirk səhnədə idi, boynundan güllə yarası alaraq qan içində qalıb. İzdiham panikaya düşüb, tədbir dərhal dayandırılıb.

• Araşdırmalar – Hücum 200 metr məsafədən atəş açan şübhəli tərəfindən həyata keçirilib. Şübhəli saxlanılıb, FBI və ATF araşdırmalara başlayıb. Universitet bağlanıb.

• İlkin məlumatlar – Hücumdan sonra ziddiyyətli xəbərlər yayılıb: bəzi həkim mənbələri Kirkın sağ olduğunu desə də, Associated Press, Yuta ştatının spikeri və ABŞ Konqres spikeri Mayk Conson ölüm xəbərini təsdiqləyiblər. Konqres zalında Kirkın xatirəsinə bir dəqiqəlik sükut elan olunub.

• Siyasi reaksiyalar – Respublikaçılar və demokratlar hücumu qınayıb. Tramp, vitse-prezident J.D. Vance, senator Mike Lee və digər siyasətçilər Kirk üçün dua çağırışı etmişdilər.

Lakin ən sonda Prezident Trampın açıqlaması ilə Kirkın həyatda olmadığı rəsmən təsdiqlənib.


Sizin reklam burada
Sizin reklam burada