Tramp Yəməni bombalamağı niyə dayandırdı?

Tramp Yəməni bombalamağı niyə dayandırdı?
09:16

ABŞ prezidenti Donald Tramp 1 milyard dollara başa gələn və hərbi üstünlük əldə edə bilməyən 30 günlük kampaniyadan sonra Yəmənin bombalanmasını dayandırıb. Bu barədə “The New York Times” (NYT) Pentaqonun daxili hesabatına və müttəfiqlərlə aparılan danışıqlara istinadən yazıb.

Sənədə görə, ABŞ Hərbi Hava Qüvvələri bölgədə hava üstünlüyünü təmin edə bilməyib: Husilər pilotsuz təyyarələri indiyə qədər görünməmiş bir tezliklə vurublar və amerikalıların onların infrastrukturunu dəqiq döyüş sursatı ilə məhv etmək cəhdləri isə uğursuzluqla nəticələnib: "Təhlükə bir insidentlə daha da artdı. Üsyançılar az qala F-16 və F-35 qırıcı təyyarələrini də vuracaqdılar və bu, İranla eskalasiya riskini artırdı".

Oman isə vasitəçi kimi çıxış etdi. Oman İsrailin iştirakı olmadan Yəmənlə birbaşa danışıqların müqabilində Vaşinqtona münaqişədən çıxış yolunu təklif edib. Tramp Səudiyyə Ərəbistanının 12 "Ənsar Allah" liderinin məhv edilməsi ilə bağlı təzyiqlərinə baxmayaraq təkliflə razılaşıb. Bir sözlə məqsədlərin heç birinə nail olunmadı.

Xatırladaq ki, mayın 6-da Tramp bildirib ki, ABŞ qoşunları husilərə zərbə endirməyi dayandıracaq. Amerika liderinin sözlərinə görə, husilər “təslim oldular” və artıq gəmiləri partlatmayacaqlarını açıqlayıblar.



Tural


Sizin reklam burada
Sizin reklam burada