Paris Olimpiadasının bağlanış mərasimi üçün xüsusi şou hazırlayan Hollivudun məşhur siması Tom Kruzun 25 yaşlı ispan müğənni Viktoriya Kanalla sevgili olduğu iddia edilib.
Uzun illər şəxsi həyatını gizli saxlayan məşhur aktyor Tom Kruzun yeni eşq yaşadığı deyillir.
62 yaşlı aktyor ispan müğənni Viktoriya Kanalla eşq yaşayır.
Qlastonberi festivalında tanış olan və qısa müddətdə dostlaşan cütlük sosial mediada trendə çevrilib.
Müğənninin Oksfordşirdə "Qeyri-mümkün missiya" filminin çəkiliş meydançasında Kruzu ziyarət etdiyi bildirilir.
"Hər şey çox qəribə idi. Tom Viktoriyanı çəkilişlərə baxmağa dəvət etdi və bu, onun adi dostlarına etdiyi bir şey deyil" – deyə ekipaj üzvü deyib.
Çəkiliş işçisi isə "Kanal əməkdxaşları çəkiliş meydançasına gələndə söz-söhbətlər yayılmağa başladı. O Tomun yeni sevgilisi idi? Demək olar ki, ayrılmadılar. Viktoriya çox gözəl qadındır. Hər şey hamının gözü önündə baş verirdi" – deyə bildirib.
25 yaşlı müğənninin Londonda Kruzun dəbdəbəli mənzilinə baş çəkdiyi deyilir.