Təyyarənin qalıqları tapıldı - araşdırma aparılır

Təyyarənin qalıqları tapıldı - araşdırma aparılır
09:40

Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqları üzərində araşdırmalara başlanılıb.

News365.az xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 06:30-da axtarış-xilasetmə və qəza araşdırma qrupu Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə araşdırmalara başlayıb.

Xatırladaq ki, ötən gün Gürcüstanda Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 20 hərbçi həlak olub.


Sizin reklam burada
Sizin reklam burada