"Telegram"da yenilənmə nasazlığa səbəb oldu

"Telegram"da yenilənmə nasazlığa səbəb oldu
01 Avq 2025 09:22

"Telegram" messencerində iyulun 31-i axşam saatlarında nasazlıq yaranıb.

News365.az xəbər verir ki, bu barədə Downdetector xidməti məlumat yayıb. 

İstifadəçilər ən çox bildirişlərin qəbulu ilə bağlı problemlər (37%), mobil proqramların nasazlığı (29%) və vebsaytların nasazlığı (20%) barədə məlumat veriblər.

Nasazlıq iyulun 31-də təqdim edilən "Telegram" yeniləməsi fonunda qeydə alınıb. Xüsusilə, messencer indi təkcə istifadəçinin abunə olduğu deyil, ictimai kanallarda nəşrlər üçün qlobal axtarışa malik olacaq. Funksiya yalnız Premium abunə sahibləri üçün əlçatandır.


Sizin reklam burada
Sizin reklam burada