Tayvan 2025-ci ilin iyulunda tarixində ən böyük hərbi təlim – “Han Kuang 41”ə start verib.
News365.az xarici mediya istinadla xəbər verir ki, 10 gün davam edəcək təlimə 22 min ehtiyat hərbçi cəlb olunub.
Məlumata görə, təlim zamanı ABŞ istehsalı olan Abrams tankları və HIMARS sistemləri ilk dəfə canlı atəşlə istifadə olunur.
Çinin təhdidlərinə qarşı realist ssenarisiz məşqlər aparılır, əsas diqqət isə liman, ada müdafiəsi və desentralizasiya olunmuş komanda strukturuna yönəlib.