Tapança və qılıncla silahlanmış "ninza" rusları qorxuya saldı - FOTO

Tapança və qılıncla silahlanmış "ninza" rusları qorxuya saldı - FOTO
15 Noy 2024 16:25

Sankt-Peterburqda əlində tapança və qılınc tutan və ninza geyimində  olan şəxs yoldan keçənləri qorxuya salıb. Bu barədə 78.ru məlumat yayıb.

Qeyd edilib ki, hadisə noyabrın 14-də Marşal Zaxarova küçəsindəki 15 saylı evin həyətində baş verib. Orada tamamilə qara rəngdə olan paltar geyinmiş və üzünə maska taxmış bir qəribə adam görünüb. 

"Eyni zamanda onun kəmərindən asılmış tapançaya bənzər əşya, kürəyində isə qılınc olub. O, Plovdiv supermarketinə tərəf gedirmiş", - nəşr yazıb.

Hadisə şahidləri şübhəli şəxs barədə polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayıblar. Məlum olub ki, hamını qorxuya salan "ninza" əslində müqaviləli hərbçidir. O da müəyyən edilib ki, onun kürəyindəki qılınc süni imiş. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onu istənilən halda şöbəyə aparmağı məsləhət biliblər.


Tural


Sizin reklam burada
Sizin reklam burada