“Tale elə gətirdi ki, o bizimlə vidalaşdı...”

“Tale elə gətirdi ki, o bizimlə vidalaşdı...”
01 Avq 2025 13:35

“Bu gün səhər saatlarında aldığımız xəbər hər birimizi kədərləndirib. Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev vəfat edib”.

News365.az xəbər verir ki, bu sözləri Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimində mədəniyyət naziri Adil Kərimli bildirib.

“Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəzarəti ilə Arif Babayev müalicə olunurdu. Tale elə gətirdi ki, o bu gün bizimlə vidalaşdı. O, xalqımızın ürəyində daim yaşayacaq. Biz artıq xarici ölkələrdən başsağlıqları alırıq. Biz də bütün ictimaiyyətə başsağlığı veririk. Arif Babayevin xatirəsi daim yaşayacaq”. 


Sizin reklam burada
Sizin reklam burada