Taksi sürücüsü sərnişin dolu avtobusu atəşə tutdu - VİDEO

Taksi sürücüsü sərnişin dolu avtobusu atəşə tutdu - VİDEO
18 Noy 2024 16:07

Rusiyada sürücü içərisində sərnişinlər olan avtobusu atəşə tutub. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin paytaxt üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, Moskvada polis sərnişin daşıyan avtobusa atəş açan 36 yaşlı taksi sürücüsünü yaxalayıb. 

“Rusiya Daxili İşlər Nazirliyinin Moskvanın Yujnoye Medvedkovo rayonundakı polis patrul xidmətinin əməkdaşları dərhal həmin şəxsin yerini müəyyənləşdirib və silahlını Yasnı Proezddə saxlayıblar. Onun 36 yaşlı paytaxt sakini olduğu məlum olub”, - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər.

Mətbuat xidmətindən o da bildirilib ki, 48 yaşlı avtobus sürücüsü insidentlə bağlı polisə şikayət edibmiş. Məlum olub ki, o, taksiyə sadəcə siqnal verib. Bundan sonra sürücü atəş açmaq qərarına gəlib. Nəticədə avtobus sürücüsünün kabinəsinin şüşəsi zədələnsə də, xəsarət alan olmayıb. Polis cinayət işi açıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada