Tailand və Kamboca atəşkəslə bağlı razılığa gəldi

Tailand və Kamboca atəşkəslə bağlı razılığa gəldi
28 İyl 2025 14:45

Tailand və Kamboca atəşkəslə bağlı razılığa gəlib.

News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim məlumat verib.

Tailand və Kamboca arasında atəşkəsin iyulun 29-u yerli vaxtla saat 00:00-da qüvvəyə minəcəyi bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Tailandla Kamboca qoşunları arasında sərhədin mübahisəli hissəsində toqquşma baş vermişdi. Silahlı toqquşmalar zamanı onlarla insan həlak olmuşdu. 


Sizin reklam burada
Sizin reklam burada