Survivor 2026 Ünlülər-All Star üçün hazırlıqlar sürətlə davam edir və proqramın izləyiciləri yarışmanın iştirakçı siyahısının tam açıqlanmasını səbirsizliklə gözləyir.
News365.az xəbər verir ki, bu gün məşhur prodüser və aparıcı Acun Ilıcalı sosial media hesabından yarışmaya yeni bir iştirakçının qatılacağını açıqlayıb. Bayhan, Keremcem, Dilan Çıtak, Mert Nobre, Serhan Onat, Meryem Boz, Murat Arkın və Deniz Çatalbaşın ardından, rejissor Hamdi Alkanın keçmiş həyat yoldaşı, müğənni Selen Görgüzel də Survivor 2026 Ünlülər & All Star yarışmasında iştirak edəcək.
Acun Ilıcalı paylaşımında yazıb: “Sevgili Selen Görgüzel, Survivor 2026 Ünlülər & Gönüllülər kadrosuna daxil oldu, ona uğurlar arzulayıram.”
News365.az