Bu ölkədə daşqın və torpaq sürüşmələri: Ölənlərin sayı 604-ə çatdı

Bu ölkədə daşqın və torpaq sürüşmələri: Ölənlərin sayı 604-ə çatdı
10:15

İndoneziyanın Sumatra adasında leysan yağışlar ciddi fəsadlar törədib. Daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 604-ə yüksəlib.

News365.az xəbər verir ki, hələ də təxminən 500 nəfərin itkin olduğu bildirilir və onların axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Şimali Sumatra bölgəsində əsas yollar bağlanıb, bəzi kəndlər isə Starlink terminalı vasitəsilə əlaqəni saxlayır.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi əhalini xəbərdar edərək bildirib ki, əlverişsiz hava şəraiti bir neçə gün davam edə bilər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada