Sui-qəsd cəhdindən sonra senatorun SON DURUMU

Sui-qəsd cəhdindən sonra senatorun SON DURUMU
08 İyn 2025 09:10

Boqotada başından güllələnən kolumbiyalı senator və prezidentliyə potensial namizəd Migel Uribe Turbayın vəziyyəti ilə bağlı son məlumatlar açıqlanıb.

Məlumata görə, siyasətçi əvvəlcə Medicentro klinikasına aparılıb, həkimlər onun vəziyyətini stabilləşdirə biliblər.

Daha sonra xəstənin “ixtisaslı həkim briqadası tərəfindən xüsusi yardım göstərmək üçün” başqa tibb müəssisəsinə köçürülməsi qərara alınıb.

"Rəsmi tibbi hesabat dərc edilməsə də, siyasi liderə yaxın mənbələr onun şüurlu olduğunu və daimi müşahidə altında saxlanıldığını bildiriblər", - Blu Radio yazır.

Kolumbiyanın polis direktoru Karlos Fernando Triana bildirib ki, faktla bağlı azyaşlı şübhəli şəxs qismində saxlanılıb. Onun sözlərinə görə, hadisə zamanı o, ayağından yaralanıb və hazırda həkimlərin nəzarəti altında müalicəsinin davam etdirir.

Hadisə nəticəsində bir kişi və bir qadın olmaqla iki nəfər də yaralanıb, cinayət silahı hadisə yerindən aşkar edilərək götürülüb.

Bundan əlavə, hakimiyyət sui-qəsd cəhdinin bütün iştirakçılarının kimliyini müəyyən etməyə kömək edəcək istənilən məlumata görə 3 milyard peso (təxminən 730 min ABŞ dolları - red.) məbləğində pul mükafatı elan edib.


Sizin reklam burada
Sizin reklam burada