Bundestaqın müdafiə komitəsinin sədri Mari-Agnes Ştrak-Zimmermann diqqət çəkən fikirlər səsləndirib. O, bildirib ki, Avropa Ukraynanı həm iqtisadi, həm də hərbi cəhətdən ardıcıl şəkildə dəstəkləməlidir. Çünki prezident Vladimir Putin bu ölkəni Rusiya imperiyasına birləşdirməyə çalışır. Onun sözlərini Almaniyanın "Funke" media qrupu sitat gətirib.
O, ABŞ prezidenti Donald Trampın münaqişənin həlli üzrə səylərini alqışlayıb. Lakin bildirib ki, “siyasətçinin nikbinliyinə baxmayaraq” Rusiya bunda maraqlı deyil.
“O (Prezident Vladimir Putin-red.) öz məqsədinə sadiq qalır. Məqsəd isə Ukraynanı məhv etməkdir ki, sonda bu ölkə Rusiya imperiyasına birləşsin”, - Ştrak-Zimmermann bildirib.
Xatırladaq ki, mayın 19-da Trampla Putin arasında telefon danışığı olub. Rusiya lideri danışıqları “mənalı, səmimi və faydalı” adlandırıb. O, həmkarına Moskvanın Kiyevlə atəşkəs və nizamlanmanın əsas prinsiplərini özündə əks etdirən memorandum üzərində işləməyə hazır olduğunu bildirib. Putin sülhə doğru ən səmərəli yolların işlənib hazırlanmasına çağırıb.
Tramp Putinlə danışdıqdan sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə də danışıb. The New York Times onların söhbətinin təfərrüatlarını dərc edib.
Tural