Sirkdən qaçan fil sürücülərə təhlükəli anlar yaşatdı - VİDEO

Sirkdən qaçan fil sürücülərə təhlükəli anlar yaşatdı  - VİDEO
18 Apr 2024 13:26

ABŞ-nin Montana ştatında maraqlı hadisə baş verib. The Sun-nun yaydığı məlumata görə, heyvan Butte şəhərindən qastrol səfərinə gələn sirkdən qaçıb. Fil magistral yola çıxaraq sürücülər üçün təhlükəli anlar yaşadıb.

"Sürücülər yolda dolaşan fili lentə alıblar. Heyvan əlində qamçı olan bir adam tərəfindən təqib olunurmuş. Məlum olub ki, filin adı "Viola" imiş. Heyvan yoldan keçən maşınların siqnallarından qorxub. Amma şəhər küçələrində arzuolunmaz gəzinti çox çəkməyib. 10 dəqiqədən sonra fili sirkə qaytarıblar, heç kim xəsarət almayıb", - nəşr yazıb.

 

 

 

Tural


Youtube kanalımız

Oxşar xəbərlər