Şeyxin səlahiyyətləri azaldıldı

Şeyxin səlahiyyətləri azaldıldı
22 May 2025 21:45

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib.


News365.az xəbər verir ki, bununla bağlı QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü geniş iclasında bildirib.


O qeyd edib ki, dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi ilə əlaqədardır.


İndiyə kimi bu səlahiyyət QMİ-də idi.


Sizin reklam burada
Sizin reklam burada