“Sərhədlər daralır, ərazimiz get-gedə kiçilir“ - Erməni hüquq müdafiəçisi

“Sərhədlər daralır, ərazimiz get-gedə kiçilir“  - Erməni hüquq müdafiəçisi
25 Apr 2024 09:16

Ermənistanda ictimai-siyasi narazılıqlar artmaqdadır. Revanşistlər nəinki işğaldan azad olunmuş Qarabağdakı əzəli və tarixi torpaqlarımıza iddialarını davam etdirir, Qazaxın kəndlərinin geri qaytarılması ilə də barışmırlar.

News365.az xəbər verir ki, cəmiyyətin böyük qismini təşkil edən radikallar ölkənin düşdüyü xaotik duruma görə isə bütün günahları baş nazir Nikol Paşinyanda görürlər.

Məsələn, tanınmış hüquq müdafiəçisi Karapet Poqosyan "Mamul" saytına açıqlamasında get-gedə digər tarixi Azərbaycan torpaqlarının da ermənilərin əlindən çıxmasından gileylənib: “Dünən Gümrüdən İrəvana gedəndə sanki Ermənistanın xəritəsinin dəyişməsini hiss elədim. İrəvana gələndə hiss edirsən ki, get gedə hər şey dəyişir, sərhədlər daralır, ərazilər sanki kiçilir...

Bir gün səhər işə gedib axşam evimizə qayıdanda isə artıq məhəllə və kəndimizin yerində olmadığını görəcəyik. Evimiz də kəndlər kimi təhvil veriəcək, satılacaq. Daha bir "soyqırımı" olmaması üçün kapitulyatoru bir dəqiqə də gecikmədən kürsüdən aşağı salmaq lazımdır".

Tural


Youtube kanalımız

Oxşar xəbərlər