Serbiya Prezidentinin kortejində dəhşətli anlar - VİDEO

Serbiya Prezidentinin kortejində dəhşətli anlar - VİDEO
09 Fev 2025 14:28

Serbiya Prezidenti Aleksandr Vuçiçin yerli sakinlərlə görüşməyi planlaşdırdığı Mokrin şəhərinə səfəri zamanı avtomobilinin təkəri çıxıb. 

News365.az  xəbər verir ki, hadisə anbaan kameralara düşüb. 

 Videoda hadisədən sonra təhlükəsizliyin avtomobili necə yoxladığı, bundan sonra Vuçiçin kortejdən başqa avtomobilə keçərək yoluna davam etdiyi göstərilir. 

Serbiyanın dövlət xidməti hadisəni araşdırdığını bildirib.

Bununla belə, Vuçiç özü avtomobilin təkərinin yəqin ki, sadəcə partladığını deyib və bu hadisəyə əhəmiyyət verməməyə çağırıb.



Sizin reklam burada
Sizin reklam burada