“Sən mütləq general olacaqsan!..”

“Sən mütləq general olacaqsan!..”
27 May 2025 17:59

bu gün Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.

News365.az-ın məlumatına görə, görüşdə dövlət başçısı ilə hərbi forma geyinmiş azyaşlının görüntüləri maraqla qarşılanıb.

Görüşdə sözügedən uşağın da iştirakı ilə aparılmış dialoqu təqdim edirik:

Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədimi?

Sakin: Bəli, birinci gələnlərdənik.

Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək?

Prezident İlham Əliyev: Olar, çəkdirək.

Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır.

Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?

Sakin: Beş.

Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.

Sakin: Bəli, bəli.

Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız?

Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu.

Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq.

Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən.






Sizin reklam burada
Sizin reklam burada