Sel Bakı-Şamaxı yolunda hərəkətə maneə yaratdı

Sel Bakı-Şamaxı yolunda hərəkətə maneə yaratdı
06 May 2025 20:45

Bakı-Yevlax avtomobil magistralında güclü yağış nəticəsində yaranan sel nəqliyyatın hərəkətində çətinliklərə səbəb olub.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən news365.az-a məlumata görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində qeydə alınıb. Güclü yağışların səbəb olduğu sel suları yola daş və qum gətirərək, avtomobillərin hərəkətinə maneə yaradıb.


Hadisə yerinə dərhal polis əməkdaşları və aidiyyəti qurumların nümayəndələri cəlb olunublar.


Ərazidə təmizləmə işləri aparıldıqdan sonra yolda hərəkət tam bərpa olunub və avtomobillərin keçidi əvvəlki qaydada davam etdirilib


Sizin reklam burada
Sizin reklam burada