“Sovet dönəmində Molla Pənah Vaqifin yubileyi ərəfəsində
Şəhriyarın da Bakıya gəlməsi gündəmdə olub. Hətta ona dövlət səviyyəsində Yazıçılar Birliyi tərəfindən rəsmi
müraciət də göndərilib. Amma fakt olduğu kimi yerində qalır. Güneyin böyük
şairinin Quzeyə gəlməsinə də nə yolla olursa-olsun mane olmağa çalışıblar. Bu məqsədlə
Şəhriyarın adına göndərilən dəvətnaməni bilərəkdən ona aparıb çatdırmırlar. Məktub
guya səhvən uzaq bir vilayətdə yaşayan Şəhriyar adlı birinə çatır”.
News365.az xəbər verir
ki, bunu tədqiqatçı Leyla Turan deyib. O bildirib ki, Şəhriyarın
portretini ilk dəfə çəkən rəssam Fəxrəddin Əli bir neçə il bundan qabaq bu sətirlərin
müəllifinə Şəhriyarın Bakıya nə üçün gələ bilməməsinin maraqlı tarixçəsindən
danışıb:
“Vaqifin 250
illiyilə bağlı Şəhriyara dəvət göndərmişdilər. Amma imkan vermədilər ki, o
Bakıya gəlsin. Məktubu aparıb Pakistanın Şəhriyar adlı şairinə verdilər. Bilərəkdən
verildi ki, bizim Şəhriyara məktub çatmasın. Çatmadı da. Tədbir qurtardı. Biz gənclərin
də də istəyi alınmadı. Danışmışdıq ki, Şəhriyarı çiynimizdə gətirək"
News365.az