“ABŞ
Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda
2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu azaldıb.
EIA-nın
yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 540
min barel təşkil edəcək. Ötən il bu rəqəm 570 min barel olub ki, bu da müqayisədə
30 min barel və ya 5,3 % azdır”.
Bunu News365.az -a müsahibəsində REAL Partiyasının sədri.iqtisadçı Natiq Cəfərli deyib.
O, bildirib
ki, neft hasilatı hər il azalır, yaxın illərdə illik orta qiymət də 55-60
dollar civarında olcaq. Ölkəmiz üçün ciddi problemlər, çağırışlar yaranır,
hökumət isə problemləri görsə də, həll etməyə tələsmir.
İqtisadiyyatda
inkişaf, rifahın artması üçün idarəetmə və məhkəmə islahatları lazımdır – hökuməti
çəkindirən də məhz budur. Hökumət idarəetmə və məhkəmə ilə bağlı mövcud sistemə
toxunmaq istəmir, amma və lakin, əsas problemi, səbəbi aradan qaldırmasan, nəticə
də dəyişməyəcək...”
News365.az