Saray körpüsü nə vaxt hazır olacaq? - AÇIQLAMA

Saray körpüsü nə vaxt hazır olacaq? - AÇIQLAMA
11:35

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi davam etdirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, körpünün tikintisi ilə əlaqədar hazırda betonlanma işləri görülür.

"Çalışılacaq ki, təyin olunan qrafikə uyğun olaraq işlər vaxtında yekunlaşdırılsın. İşlərin 4-5 ay müddətində bitməsi planlaşdırılır",- deyə agentlikdən bildirilib.

Qeyd edək ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş körpünün qəzalı vəziyyətdə olduğu aşkar edildiyindən sökülüb.