“Bu proseslər Qafqazda yeni bir münaqişə ocağının yaranmasına səbəb ola bilər”- Arzu Nağıyev

“Bu proseslər Qafqazda yeni bir münaqişə ocağının yaranmasına səbəb ola bilər”- Arzu Nağıyev
15:15

“Avropadan göndərilən vizual kəşfiyyatçılar, yalnızca Azərbaycan sərhədindəki və sərhədyanı kəndlərdəki vəziyyəti araşdırıb, məlumatları Avropaya və Ermənistana göndərmək məqsədini güdürlər.”

Milli Məclisin deputatı Arzu Nağıyev bunu News365.az-a deyib.

“Onların orada olması, sülhün təmin olunmasına ciddi zərbə vuran bir məsələdir. Beynəlxalq səviyyədə bizim tələblərimizdən biri də budur ki, heç kim Orxanı tərk etməsin. Əsas məsələ isə odur ki, fevralın 20-də onların müddəti bitməsinə baxmayaraq, Avropa bu şəxslərin orada qalmasını və qanunsuz mandatın uzadılmasını tələb etmişdir. Bu, birbaşa Rusiyanın maraqlarına xidmət edən bir məsələdir, ilk növbədə. Digər məsələ isə İranın reaksiyası ilə bağlıdır. NATO qüvvələri və onlardan formalaşmış vizual kəşfiyyatçılar niyə ərazidə toplanır? Əgər İran buna reaksiyaya keçməzsə, bu vəziyyət siyasi anlaşmalara səbəb ola bilər. Bir növ, Azərbaycanın müstəqil daxili və xarici siyasətinə müdaxilə etməməsi, Gürcüstanda siyasətinin iflasa uğraması və Ukraynada qarşıya qoyulan məqsədlərə çatmaması nəticəsində, Ermənistanı istifadə edərək Qafqazda mərkəzli siyasətlərini həyata keçirmək istəyirlər. Bəs, nə üçün Ermənistan və Azərbaycan sərhədində Avropa İttifaqı üzvü olan ölkələrdən gətirilmiş kəşfiyyatçılar olmalıdır? Bu, tamamilə absurd bir məsələdir. Bu, sülhün təmin olunmasına və sülh müqaviləsinin imzalanmasına ciddi zərbə vura biləcək bir amildir. Mənim fikrimcə, bu prosesə Fransa rəhbərlik edir. İlk öncə 200 nəfərdən ibarət idi, indi isə nümayəndəliklərin açılması müzakirə olunur. Hər bir nümayəndəlik bu proseslərin sonunda Qafqazda yeni bir münaqişə ocağının yaranmasına səbəb ola bilər.”