Sandu Kiyevə getməli deyildi - Dodon

Sandu Kiyevə getməli deyildi - Dodon
25 Yan 2025 19:59

Moldovanın keçmiş prezidenti, Sosialistlər Partiyasının lideri İqor Dodon dövlət başçısı Maya Sandunu Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə səfərinə görə tənqid edib.


News365.az xəbər verir ki, bu barədə Dodon Kopanka kəndinin sakinləri ilə görüşü zamanı bildirib.


"Sandu bu gün Kiyevə müharibədə Zelenskiyə dəstək olmaq üçün getdi. Bu gün Kiyevə deyil, yenidən Kopankaya, Moldovanın digər yaşayış məntəqələrinə getməli idi. O, qazla, elektrik enerjisi ilə bağlı problemləri həll etməli və Brüsseldəki rəislərinin göstərişi ilə başqa ölkələrə baş əyməməlidir", - Dodon bildirib.