ŞAD XƏBƏR - Bəzi şəxslərin evlərini dövlət təmir edəcək

ŞAD XƏBƏR - Bəzi şəxslərin evlərini dövlət təmir edəcək
18 Fev 2026 12:27

Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, həmçinin Biləsuvar və Bərdə rayonlarında keçmiş məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri və mənzillərin təmir olunması planlaşdırılır.

News365.az xəbər verir ki, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tender elan edib.

Qurum layihənin həyata keçirilməsi üçün 451 min 115.65 manat ödəməyi planlaşdırıb.


Sizin reklam burada
Sizin reklam burada