Sabirabadın 6 kəndində qaz kəsiləcək

Sabirabadın 6 kəndində qaz kəsiləcək
17:32

Sabah saat 10:00-dan Sabirabad rayonunun 6 kəndinin təbii qaz təchizatı dayandırılacaq.

Bu barədə News365.az  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, fasilə diametri 225, 160, 110 mm-lik PE orta təzyiqli “Azadkənd-Salmanlı” və “Azadkənd-Cəngən” yeraltı daşıyıcı qaz kəmərləri və üzərindən ayrılan qollarında kipliyin sınağı ilə əlaqədardır. Odur ki, sınaq işləri başa çatanadək Sabirabad rayonunun Çığırğan, Xankeçən, Cəngən, Çiçəkli, Muğangəncəli, Salmanlı kəndlərində (ümumi 1 610 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada