ABŞ-ın Suriyaya sanksiyaları ləğv etməsi nə deməkdir? – Politoloq şərh edir

ABŞ-ın Suriyaya sanksiyaları ləğv etməsi nə deməkdir? – Politoloq  şərh edir
15:40

Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı tətbiq olunmuş sanksiyaların bir hissəsini ləğv edən fərman imzalayıb. Məsələ ilə bağlı ABŞ xarici siyasət dairələrində müzakirələr gedərkən, dövlət katibi Marko Rubio da çıxış edərək bildirib ki, bəzi sanksiyalar yumşaldılsa da, keçmiş prezident Bəşər Əsəd və onun yaxın çevrəsinə tətbiq edilən məhdudiyyətlər qüvvədə qalacaq.

ABŞ-ın bu addımının arxasında hansı məqsədlər dayanır? Sanksiyaların qaldırılması Suriyaya nə vəd edir?

Mövzu ilə bağlı politoloq Azər Qasımov News365.az-a açıqlamasında bildirib ki, ABŞ bu addımı ilə Suriyaya yeni bir imkan pəncərəsi açmaq istəyir:

“Donald Tramp Suriyanın yenidən qurulmasına şans vermək niyyətində olduğunu göstərdi. Bu, təkcə Suriyanın özünün deyil, ətraf regionun da sabitliyi baxımından vacibdir. Suriyada dayanıqlılıq ərəb dünyasının ümumi təhlükəsizliyi üçün önəm daşıyır,” – deyə Qasımov bildirib.

Politoloq xatırladıb ki, Suriyada illərlə hökm sürən BƏƏS rejimi – Hafiz Əsəddən oğlu Bəşər Əsədə qədər – daxildə genişmiqyaslı repressiyalarla yadda qalıb. “Sednaya” həbsxanasından yayılan görüntülər, qadın və yaşlı məhbuslara qarşı amansız rəftar, işgəncə izləri və qaranlıq kamera hücrələri bu rejimin mahiyyətini açıq şəkildə göstərirdi.

Azər Qasımovun sözlərinə görə, məhz bu kimi səbəblərə görə ABŞ 2004-cü ildən etibarən Suriyaya qarşı sanksiyalar tətbiq etmişdi. Lakin son proseslər, o cümlədən Bəşər Əsədin yerinə prezident səlahiyyətlərini müvəqqəti icra edən Əl-Şaara ilə təmasların qurulması, yeni yanaşma zərurətini ortaya çıxardı. Bu prosesdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının fəal rolu xüsusi qeyd olunur.

Politoloqun fikrincə, sanksiyaların qismən ləğvi Suriya üçün iqtisadi nəfəs almaq, regionda isə təhlükəsizlik dinamikasına müsbət təsir göstərmək potensialına malikdir. Bununla belə, Vaşinqtonun rejimə tam etimad bəsləmədiyi açıq qalır


Sizin reklam burada
Sizin reklam burada