Türkiyədə şir zoorparkdan qaçdı, bir nəfəri ağır yaraladı

Türkiyədə şir zoorparkdan qaçdı, bir nəfəri ağır yaraladı
06 İyl 2025 14:32

Türkiyədə şir zooparkdan qaçaraq bir nəfəri ağır yaralayıb.

Bu barədə DHA agentliyi xəbər verir.

Hadisə Antalya vilayətinin Manavqat rayonunda baş verib. Təhlükəsizlik qüvvələri şiri tapmaq üçün ərazidə genişmiqyaslı əməliyata başlayıb.

Bildirilir ki, "Zeus" adlı şir qəfəsdən çıxaraq, ərazidən 1 km uzaqlaşıb və ağacları sulayan 53 yaşlı Süleyman Kır adlı şəxsə hücum edib. O, xəstəxanaya yerləşdirilib.


Sizin reklam burada
Sizin reklam burada