Şəhid Fərid Nəbiyevin atası qəzada HƏLAK OLDU

Şəhid Fərid Nəbiyevin atası qəzada HƏLAK OLDU
06 İyl 2025 14:59

Qazaxda şəhid atası yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Hadisə rayonunun Qazaxbəyli kəndi ərazisində baş verib.

44 günlük Vətən Müharibəsi şəhidi Fərid Nəbiyevin atası Kamran Nəbiyev ona məxsus “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. 

Nəticədə avtomobil aşıb və K.Nəbiyev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada