Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - PROQNOZ

Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - PROQNOZ
01 Avq 2025 12:52

Avqustun 2-də Azərbaycanda 41 dərəcə isti gözlənilir.

Bu barədə News365.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 36-39° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 29-34° isti olacaq.


Sizin reklam burada
Sizin reklam burada