Rusiyadan İsrail və İrana vasitəçilik təklifi

Rusiyadan İsrail və İrana vasitəçilik təklifi
10:27

İran və İsrail arasındakı münaqişə Yaxın Şərqdəki vəziyyəti kəskin şəkildə gərginləşdirib, Rusiya vəziyyətin gərginləşməməsi üçün vasitəçilik səylərini göstərməyə hazır olduğunu bildirib. Rusiya mediasının yaydığı məlumata görə, bunu Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hərbi qurumlarının rəhbərlərinin iclasında çıxışı zamanı Rusiyanın müdafiə naziri Andrey Belousov deyib.


Müdafiə naziri bildirib ki, Rusiya iyunun 13-də münaqişə başlayandan dərhal və bütün səviyyələrdə çoxsaylı insan itkiləri ilə bağlı İrana başsağlığı verib. Eyni zamanda, Rusiya Federasiyası İsrail və ABŞ-ın İran ərazisinə endirdiyi zərbələri qətiyyətlə pisləyib.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp ölkənin hərbi hava qüvvələrinin Fordo, Natanz və İsfahan da daxil olmaqla İranın üç nüvə obyektinə hücum etdiyini açıqladı. Amerika lideri bunu ABŞ, İsrail və bütün beynəlxalq ictimaiyyət üçün “tarixi an” adlandırıb və bildirib ki, bu “heyrətamiz uğurdan” sonra İran sülhə razı olmalıdır. Eyni zamanda, İran İslam Respublikası isə iddia edir ki, ABŞ-ın zərbələri onların mühüm obyektlərinə ciddi ziyan vurmayıb. İran buna cavab olaraq ABŞ-nin Yaxın Şərq ölkələrindəki bir neçə bazasına hücum edib. Qətərə, İraqa raketlərin atılmasını əks etdirən videolar yayılıb.


İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.


Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.


ABŞ prezidenti Donald Tramp İsrail-İran müharibəsində atəşkəsin elan olunduğunu bəyan edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada