Rusiya Bankı və hökumət avqust ayına qədər federal büdcənin icrasında rəqəmsal rublun istifadə ediləcəyi istiqamətlərin siyahısını təsdiqləyəcək, o cümlədən sosial ödənişlər və kapital təmiri üçün, bunu Rusiya Maliyyə Nazirliyinin Büdcə Metodologiyası Departamentinin direktoru Sergey Romanov Federasiya Şurasında bildirib.
Romanov qeyd edib:
"2025-ci ildə rəqəmsal rubldan istifadə edilməklə federal büdcənin icrası yalnız hökumət və Rusiya Bankı razılaşdıraraq avqust ayına qədər təsdiq edəcəyi məhdud xərclər siyahısı üzrə həyata keçiriləcək. Bu siyahıya sosial müavinətlər və kapital tikintisi xərcləri daxil olacaq."
News365.az xəbər verir ki, Dövlət Duması tərəfindən qəbul edilmiş qanuna əsasən, rəqəmsal rubl büdcə xərcləri üçün istifadə edilə biləcək və bu xərclərin siyahısı hökumət və Rusiya Bankı tərəfindən birgə təsdiqlənəcək.
2025-ci ilin 1 oktyabr tarixindən rəqəmsal rubl məhdud şəkildə – yalnız hökumət və Mərkəzi Bank tərəfindən təsdiqlənmiş büdcə xərcləri üzrə istifadə olunacaq. 2026-cı ilin 1 yanvarından rəqəmsal rubl büdcənin icrasında məhdudiyyətsiz tətbiq ediləcək. 2027-ci ildən isə rəqəmsal rubl mexanizmi dövlət büdcəsindən kənar fondlara və regional büdcələrə də şamil ediləcək.
News365.az