Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO

Rusiyada Leninin abidəsi satışa çıxarılıb -  FOTO
18 Apr 2024 08:51

Rusiyanın Tver vilayətində fərdi şəxs Vladimir Leninin abidəsini satışa çıxarıb.

Abidənin satışı ilə bağlı elan Vışniy Voloçek şəhərindən olan fərdi şəxs tərəfindən dərc olunub. Abidə ərintidən hazırlanıb və hündürlüyü təxminən iki metrdir. Satıcı ona 700 min rubl (12,6 min manat) qiymət qoyub.

Qeyd olunub ki, abidənin mənşəyi məlum deyil. Satıcının sözlərinə görə, o, indi gölməçənin yaxınlığındakı meşədə yeni sahibini gözləyir.

 

 


Youtube kanalımız

Oxşar xəbərlər