Rusiyada əl qumbarası partlayıb: Ölənlər və yaralananlar var

Rusiyada əl qumbarası partlayıb: Ölənlər və yaralananlar var
14:47

Rusiyanın Moskva vilayətinin Losino-Petrosvsk şəhərində əl qumbarasının partlaması nəticəsində iki nəfər həlak olub, daha iki nəfər isə yaralanıb.

News365.az xəbər verir ki, insident ailəvi cütlüklərin Qorki küçəsində Qələbə gününü qeyd etdiyi vaxt baş verib.

Kişilərdən biri əl qumbarasını çıxarıb və sonra pilləkənlərdə siqaret çəkməyə yollanıb, qısa müddətdən sonra partlayış baş verib.

Partlayış nəticəsində hər iki kişi ölüb, onların həyat yoldaşları isə yüngül yaralar alıblar.


Sizin reklam burada
Sizin reklam burada