Rusiyada dəhşətli terror: Əldəqayırma bomba binanı uçurdu- VİDEO

Rusiyada dəhşətli terror: Əldəqayırma bomba binanı uçurdu- VİDEO
30 Apr 2025 11:03

Rusiyada dəhşətli terror hadisəsi baş verib. Yerli medianın yaydığı məlumata görə hadisə Xantı-Mansiyskdə baş verib. RİA Novosti isə FSB-yə istinadən yazıb ki, binanın bir hissəsini dağıdan partlayışa səbəb əldəqayırma bomba olub. O, Ukrayna xüsusi xidmət orqanlarının agentləri tərəfindən binaya yığılarkən partlayıb. 

Agentliyin məlumatına görə, partlayış nəticəsində iki mənzil dağılıb, beş nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, əslində Rusiya Müdafiə Nazirliyinin könüllü batalyonunun hərbçilərindən birinə qarşı terror aktı planlaşdırılırmış. Terroru Rusiya vətəndaşlığını qəbul etmiş Ukrayna vətəndaşı və Belarus vətəndaşı hazırlayıb. Moldova vətəndaşı onlara partlayıcı maddələrin hissələrini gətirib. Moldovalı terrorçu da saxlanılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada