Rusiyada barıt zavodunda partlayışda ölənlərin sayı 26 nəfərə çatıb

Rusiyada barıt zavodunda partlayışda ölənlərin sayı 26 nəfərə çatıb
20 Avq 2025 19:45

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” barıt zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

News365.az xəbər verir ki, bu barədə vilayətin əməliyyat qərargahından bildirilib.

Yaralananların isə 139 nəfər olduğu qeyd edilib.

Qeyd edək ki, hadisə avqustun 16-da baş verib.


Sizin reklam burada
Sizin reklam burada