"Rusiyada azərbaycanlılara qarşı vəhşiliklər sifarişlə həyata keçirilir" - Fikrət Sadıqov

"Rusiyada azərbaycanlılara qarşı vəhşiliklər sifarişlə həyata keçirilir" - Fikrət Sadıqov
12:50


Rusiyada azərbaycanlılara qarşı atılan son addımlar yalnız vəhşilik kimi qiymətləndirilə bilər.

Bunu News365.az-a açıqlamasında politoloq Fikrət Sadıqov bildirib.

Onun sözlərinə görə, güc strukturlarının nümayəndələri özlərini vəhşi kimi aparır, bu isə əsl vəhşiliyin göstəricisidir:

"Amma digər reallıq da var: bütün bunlar sifarişlə həyata keçirilir. O icraçılar kimdir ki? Onlar yuxarı instansiyalardan konkret göstəriş alırlar. Həbs üsulu, işgəncə, döymək – bütün bu addımlar tapşırıq şəklində verilir. Məqsəd isə ictimaiyyətə 'göstəri' məhkəmə təqdim etməkdir."

Fikrət Sadıqov əlavə edib ki, Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq, müttəfiqlik və hüquqi sənədlərə əsaslanan münasibətlər mövcuddur. Bu səbəbdən, baş verən hadisələrə rəsmi Moskvanın cavab verməsi vacibdir:

"Biz Rusiyadan konkret cavab tələb etməliyik. Artıq bu tələb irəli sürülüb. Onlar izahat verməli, üzr istəməlidirlər. Əks halda bu cür vəhşi addımlar iki ölkə arasında münasibətlərə ciddi zərbə vuracaq.


Sizin reklam burada
Sizin reklam burada