ABŞ konqresmeni Trampın açıqlamalarından sonra turistləri Kubaya səfər etməməyə çağırıb

ABŞ konqresmeni Trampın açıqlamalarından sonra turistləri Kubaya səfər etməməyə çağırıb
16:44

ABŞ Konqresinin üzvü, Florida ştatından olan respublikaçı Karlos Ximenes ABŞ prezidenti Donald Trampın Havananın təhlükə yaratması ilə bağlı açıqlamaları fonunda turistləri Kubaya səfərdən çəkinməyə çağırıb.

Bu barədə Ximenes X sosial şəbəkəsində yazıb.

“Xəbərdarlıq: kommunist Kubaya səfərlərdən yayının”, – deyə o yazıb.

O, həmçinin hazırda adada olan bütün turistlərə “çox gec olmadan” oranı tərk etməyi tövsiyə edib.


Sizin reklam burada
Sizin reklam burada