Rusiya üçün əsla dost, qonşu anlayışı yoxdur - Tural İrfan yazır

Rusiya üçün əsla dost, qonşu anlayışı yoxdur - Tural İrfan yazır
02 İyl 2025 09:39
Dövlətimizin qürurunu lazım gəlsə son damla qanımıza qədər qorumalıyıq. Heç kəs, heç bir dövlət millətimizi, şəxsiyyətimizi, dinimizi, milli kimliyimizi alçalda bilməz. Azərbaycanın güclənməsini, bölgədə söz sahibinə çevrilməsini, Ermənistanla sülh müqaviləsinə hazırlaşmasını bəziləri həzm edə bilmədi.
Əsasən də Ermənistanın ayılması Rusiyanı narahat etdi. Kilsəni siyasi alətə çevirib Ermənistanda hakimiyyəti ələ keçirmək istədilər ki, rusiyapərəst qüvvələri gətirib yenidən bölgədə münaqişə ocaqları yaratsınlar, Azərbaycanla sülhə mane olsunlar, lakin baş tutmadı. Azərbaycanı daxildən qarışdırmaq istədilər, gördülər daha əvvəlki agentura şəbəkələri qalmayıb həm də milli birlik, həmrəylik, tolerantlıq yüksək səviyyədədir, nəhayət Rusiyadakı soydaşlarımıza əl atdılar. Orta Asiya xalqlarına qarşı anoloji addımların atılması da Türk birliyinə qarşı yönəlib.
Eyni dindən, eyni kökdən olduqları məzlum Ukrayna xalqına qarşı törədilən cinayətlərin misli bərabəri yoxdur. Vəhşilik, qəddarlıq, amansızlıq, bütün beynəlxalq qanunları tapdamaq əsas prinsipləridir.
Mərhum Cövhər Dudayev dediyi kimi, Rusiya ilə bağlanan bütün müqavilələr su üzərində yazılmış yazı kimidir. Rusiya üçün əsla dost, qonşu anlayışı yoxdur. Canavara etibar etmək olar, amma Rusiyaya yox.
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada