Rusiya niyə əvvəlki kimi iri şəhərlərə qoşun yeritmir?

Rusiya niyə əvvəlki kimi iri şəhərlərə qoşun yeritmir?
06 İyn 2025 14:10

Rusiya Müdafiə Nazirliyinin “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri, general-leytenant Aptı Alaudinov diqqət çəkən açıqlamalar verib. O, yerli mediaya açıqlamasında bildirib ki, itkiləri minimuma endirmək üçün Rusiya qoşunlarının iri şəhərlərə hücum etmir.


Çeçen komandirin sözlərinə görə, vəziyyət, döyüş əməliyyatlarının forma və üsulları tamamilə dəyişib. Bununla bağlı orduya yeni strategiya diktə edilir.

"Təbii ki, bütün bu şəhərlərə girib çoxlu sayda döyüşçümüzü ölümə vermək lazım deyil. Sadəcə onları sıxışdırmaq lazımdır. Mahiyyət etibarı ilə hər bir qarnizon döyüş qabiliyyətini, əraziyə nəzarəti, yaralıları, ərzaqları daşımaq qabiliyyətini itirdikdə,  bütün bu mövqeləri tərk edib ordan getməyə məcbur olur", - Alaudinov bildirib.

“Axmat”ın komandiri xatırladıb ki, belə bir strategiya Kursk vilayətində Sudjanın azad edilməsi zamanı istifadə olunub. Onun fikrincə, bu, müharibənin müasir forma və üsullarının tendensiyasıdır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada