Rusiya Müdafiə Nazirliyinin Baş Avtosizehlitank İdarəsində (GABTU) axtarışlar aparılıb. Bu barədə TASS mənbələrə istinadən məlumat yayıb. Qeyd edilib ki, axtarışlar dövlət müdafiə sifarişinin icrası zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə halı ilə bağlıdır.
GABTU-nun vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri ilə bağlı başlanmış cinayət işi çərçivəsində aparılan istintaq hərəkətləri zamanı həm idarənin özündə, həm də vəzifəli şəxslərin faktiki yaşayış ünvanlarında 15-dən çox axtarış aparılıb.
Bu araşdırmalar zamanı istintaq üçün vacib olan sənədlər götürülüb. Müstəntiqlər iş üzrə şahid sayılan GABTU-nun rəis müavini, general-mayor Sergey Şaleninin mobil telefonunu götürüblər.
Xatırladaq ki, bundan əvvəl İstintaq Komitəsi Omskda əsaslı təmir zamanı dəymiş ziyana görə Müdafiə Nazirliyinin keşmiş məmuruna qarşı iş açmışdı.
Ümumilikdə isə son bir ildə Rusiyada hərbi məmurlara dair qalmaqallı həbslər həyata keçirilib. Onların arasında Müdafiə Nazirliyinin rəhbər şəxsləri, generallar və digər yüksək rütbəli məmurlar var. Əksər ittihamlar yeyinti halları, korrupsiya ilə bağlıdır.
Tural